Главная > Hadisə > Hindistanda avtobus qəzasında azı 18 nəfər ölüb

Hindistanda avtobus qəzasında azı 18 nəfər ölüb


10-07-2024, 15:40. Разместил: azadses
Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında azı 18 nəfər həlak olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd daşıyan maşına çırpılıb.

Ümumilikdə avtobusda 50 nəfər olub. Xəsarət alan 19 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

İlkin araşdırmalar avtobusun yüksək sürətlə hərəkət etdiyini göstərir.


Вернуться назад