Главная > Hadisə > Bakıda avtomobil 38 yaşlı qadını vurub

Bakıda avtomobil 38 yaşlı qadını vurub


9-07-2024, 11:19. Разместил: azadses
Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Müşviq qəsəbəsində 1986-cı il təvəllüdlü Quliyeva Gülnar Zahid qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад