Главная > Hadisə > Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb


6-07-2024, 16:18. Разместил: azadses
Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15 000 dollar və dəyəri 15 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

“Report”un Qərb bürosu xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Вернуться назад