Главная > Hadisə > Xırdalanda 17 yaşlı qızı avtomobil vurub

Xırdalanda 17 yaşlı qızı avtomobil vurub


5-07-2024, 13:00. Разместил: azadses
Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Xırdalan şəhərində avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Səlimzadə Yeganə Akif qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад