Главная > Hadisə > Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb3-07-2024, 13:05. Разместил: azadses |
Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. "Report"un məlumatına, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Yusubov Emil Elmar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Qeyd edək ki, hadisə E. Yusubovun yaşadığı evdə baş verib. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |