Главная > Hadisə > Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb


30-06-2024, 09:42. Разместил: azadses
Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад