Главная > Hadisə > Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb


28-06-2024, 13:00. Разместил: azadses
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kq olan narkotik xassəli çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Вернуться назад