Главная > Hadisə > Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb24-06-2024, 16:31. Разместил: azadses |
Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın iyunun 24-də saat 02 radələrində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə "Report"a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Вернуться назад |