Главная > Hadisə > Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb

Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb


23-06-2024, 13:00. Разместил: azadses
Abşeron rayonunda 82 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Xeyrullayev Abdulxan Bəhər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад