Главная > Hadisə > Sumqayıtda 26 yaşlı gənc yol qəzasında ağır yaralanıb

Sumqayıtda 26 yaşlı gənc yol qəzasında ağır yaralanıb


19-06-2024, 15:32. Разместил: azadses
Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Süleymanov Sənan Fazil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад