Главная > Hadisə > Qaradağda yol qəzasına düşən qadının burnu sınıb

Qaradağda yol qəzasına düşən qadının burnu sınıb


19-06-2024, 10:30. Разместил: azadses
Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Quliyeva Yeganə Musabala qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад