Главная > Hadisə > Naxçıvanda yol qəzası olub, yaralı Bakıya gətirilib

Naxçıvanda yol qəzası olub, yaralı Bakıya gətirilib


14-06-2024, 09:40. Разместил: azadses
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Ağasoy Sayına Nəcəfalı qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Şərur rayon xəstəxanasına, daha sonra isə Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад