Главная > Hadisə > Binəqədidə avtomobillər toqquşub, yaralanan var

Binəqədidə avtomobillər toqquşub, yaralanan var


12-06-2024, 12:00. Разместил: azadses
Bakının Binəqədi rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 1970-ci il təvəllüdlü Hüseynov Eldar Vaqif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад