Главная > Hadisə > Goranboyda avtomobil işıq dirəyinə çırpılıb, ölən var

Goranboyda avtomobil işıq dirəyinə çırpılıb, ölən var


10-06-2024, 17:14. Разместил: azadses
Goranboy rayonunun Yeni Yol kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əhməd Muxtar oğlu Seyidovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад