Главная > Hadisə > Binəqədidə avtomobillər toqquşub, yaralanan var

Binəqədidə avtomobillər toqquşub, yaralanan var


7-06-2024, 14:41. Разместил: azadses
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Xocasən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücü 1999-cu il təvəllüdlü Kazımov Ruslan Nəsib oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад