Главная > Hadisə > Qaradağda “Mercedes” “KamAZ”la toqquşub, xəsarət alanlar var

Qaradağda “Mercedes” “KamAZ”la toqquşub, xəsarət alanlar var


29-05-2024, 10:30. Разместил: azadses
Bakının Qaradağ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən “KamAz” markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı 1988-ci il təvəllüdlü Əşrəfov Ülfət Hümbət oğlu və 1990-cı il təvəllüdlü Əliyev Sənan Əlövsət oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад