Главная > Hadisə > Sarayda 9 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
Sarayda 9 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb24-05-2024, 13:00. Разместил: azadses |
Abşeron rayonunda 9 yaşlı uşaq yol qəzasında xəsarət alıb. “Report” un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü S.Məmmədli yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır. Вернуться назад |