Главная > Hadisə > Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb


18-05-2024, 16:19. Разместил: azadses
Zərdab rayonunda 27 yaşlı gənc yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, 1997-ci il təvəllüdlü Bəndəlizadə Sübhan Bəhram oğlunun idarə etdiyi velosiped minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan S.Bəndəlizadə təcili tibbi yardımın köməkliyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.


Вернуться назад