Главная > Hadisə > Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
Nərimanov rayonunda yol qəzası olub, yaralanan var9-05-2024, 11:17. Разместил: azadses |
Bakının Nərimanov rayonunda 32 yaşlı qadın yol qəzasında xəsarət alıb. “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hacıyeva Nərmin Bayram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |