Главная > Hadisə > Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub
Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub1-05-2024, 13:00. Разместил: azadses |
Bakının Nərimanov rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Keşlə qəsəbəsində avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Həsənov Tahir Rövşən oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı və bədənin çoxsaylı siyrilmiş əzikləri diaqnozları qoyulub. Fakt rayon polisi tərəfindən araşdırılır. Вернуться назад |