Главная > Hadisə > Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb

Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb


23-04-2024, 16:17. Разместил: azadses
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Müşviq qəsəbəsində avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Məmmədov Anar Valid oğlu yaralanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад