Главная > Hadisə > Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var


21-04-2024, 13:55. Разместил: azadses
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1993-cü il təvəllüdlü S.Həsənov və 1999-cu il təvəllüdlü S.Əliyev xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад