Главная > Hadisə > Həmkəndlisini güllələyənin işi məhkəməyə göndərildi

Həmkəndlisini güllələyənin işi məhkəməyə göndərildi


17-08-2020, 12:22. Разместил: azadses
Şəmkir rayonunda kənd sakininə güllə atan şəxsin cinayət işi məhkəməyə göndərilib.
Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, mayın 4-də rayonun Dəllər-Cırdaxan kənd sakini Asif Muradova odlu silahdan atəş açılması nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin həmkəndlisi Famil Muradovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Asif Muradovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun 13-də cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Вернуться назад