Главная > Hadisə > BDU-nun daha iki tələbəsinin halı pisləşdi

BDU-nun daha iki tələbəsinin halı pisləşdi


3-12-2019, 12:04. Разместил: azadses
Birində təzyiq yüksək, digərində aşağı olub
Bakı Dövlət Universitetinin tələbələrinin vəziyyəti pisləşib.
Azadsəs xəbər verir ki İstiPress-ə Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, iki tələbə vəziyyəti pisləşdiyi üçün səhər saat 08:15-də Təcili Tibbi Yardıma müraciət edib.
Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır.
Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.
Вернуться назад