Главная > Hadisə > Bakıda 39 yaşlı piyadanı avtomobil vuraraq xəsarət yetirib

Bakıda 39 yaşlı piyadanı avtomobil vuraraq xəsarət yetirib


10-04-2024, 08:54. Разместил: azadses
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Hacıyev Vüsal Natiq oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад