Главная > Hadisə > Hindistanda qasırğa zamanı 4 nəfər ölüb, 367 şəxs yaralanıb
Hindistanda qasırğa zamanı 4 nəfər ölüb, 367 şəxs yaralanıb1-04-2024, 15:28. Разместил: azadses |
Hindistanda Qərbi Benqal ştatının şimalındakı Calpayquri rayonunda baş verən fırtına zamanı azı 4 nəfər ölüb, 367 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb. Qeyd olunub ki, Maynaquri və Calpayquri şəhərlərinə böyük maddi ziyan dəyib. Alipor Meteorologiya İdarəsi küləyin sürətinin bəzi ərazilərdə 60 metr/saniyəyə çatdığını bildirib. Maynaquridə tornado təhlükəsi elan edilib. Ştatın baş naziri Mamata Banerdji bildirib ki, həlak olanların yaxınlarına və zərərçəkənlərə kompensasiya ödəniləcək. Вернуться назад |