Главная > Hadisə > Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs tutuldu - FOTO

Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs tutuldu - FOTO


17-08-2020, 10:46. Разместил: azadses
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq,  məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər uğurla davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxil olmuş məlumat əsasında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə sakini Elmir Həmzəyev saxlanılıb.
E.Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57 kiloqrama yaxın 40 ədəd çətənə kolu, eləcə də, bir kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.


Вернуться назад