Главная > Hadisə > 13 yaşlı qıza əvvəl təcavüz etdilər, sonra gözlərini çıxarıb, dilini kəsdilər

13 yaşlı qıza əvvəl təcavüz etdilər, sonra gözlərini çıxarıb, dilini kəsdilər


17-08-2020, 10:19. Разместил: azadses
Hindistanın Uttar Pradeş ştatında 13 yaşlı qıza təcavüz edildikdən sonra öldürülməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
NDTV kanalının yaydığı xəbərə görə, on minlərlə istifadəçi Hindistanın müstəqilliyinin 73-cü ildönümündə belə bir hadisənin ölkə üçün utancverici olduğunu qeyd ediblər.
Yeniyetmənin cəsədi dünən bir tarlada tapılıb. Qurbanın atası qızının boğulduğunu, gözlərinin yumulduğunu və dilinin kəsildiyini iddia edib. Digər tərəfdən, tibbi ekspertizanın nəticələrinə əsasən bildirib ki, yalnız təcavüz və boğulma halları qeyd edilib.
Hadisə ilə əlaqədar iki nəfər nəzarətə alınıb.
Qeyd edək ki, ölkədə sosial təbəqələşmə forması olan “Kasta” quruluşu konstitusiyada qadağan olunsa da, bir milyard 353 milyon əhalisi olan Hindistanda əhalinin 65,97 faizi kənd yerlərində yaşayır və bu ənənə həmin bölgələrdə qorunub saxlanılır.
Qız uşaqları ölkədə ən aşağı sinfi təmsil edən “toxunulmazlar” kastasına aid edilir. Heç bir hüququ olmayan “toxunulmazlar” ayrı-seçkilik, işgəncə, təcavüz və özbaşına həbslərə məruz qala bilər. Onların sayının 200 milyondan çox olduğu bildirilir.
Вернуться назад