Главная > Hadisə > Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb
Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb29-02-2024, 12:09. Разместил: azadses |
Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur. Вернуться назад |