Главная > Hadisə > Lənkəranda azyaşlı qız qızılcadan ölüb

Lənkəranda azyaşlı qız qızılcadan ölüb


19-02-2024, 09:40. Разместил: azadses
Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb.

“Report”un cənub bürosunun məlumatına görə, rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад