Главная > Hadisə > Göygöldə evdən meyiti tapılan şəxsin polis əməkdaşı olduğu məlum olub - YENİLƏNİB
Göygöldə evdən meyiti tapılan şəxsin polis əməkdaşı olduğu məlum olub - YENİLƏNİB17-01-2024, 14:42. Разместил: azadses |
Göygöldə mühafizə polisinin əməkdaşı Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb. O, Göygöl rayon Mühafizə Polisində serjant rütbəsi ilə xidmət edib. Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub. Faktla bağlı araşdırma aparılır. 09:47 Göygöl şəhəri Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birindən meyit tapılıb. "Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1982-ci il təvəllüdlü E.Nuriyevin həmin ünvanda kirayə yaşadığı evdə meyiti tapılıb. Onun ölüm səbəbləri məlum deyil. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Вернуться назад |