Главная > Hadisə > Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır
Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır16-01-2024, 13:51. Разместил: azadses |
Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır. Ölən şəxsin adı açıqlanmayıb. Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Вернуться назад |