Главная > Hadisə > Bakıdan Cəlilabada toya gedən şəxsi avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Bakıdan Cəlilabada toya gedən şəxsi avtomobil vuraraq öldürüb - YENİLƏNİB


30-12-2023, 18:00. Разместил: azadses
Cəlilabadda yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, həmin şəxs 1985-ci il təvəllüdlü Abbasəliyev Balala Məmmədağa oğludur.

Mərhum Bakı şəhərindən Cəlilabad rayonuna toy məclisinə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

29 dekabr, 22:28
Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyadanı vuraraq öldürüb.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад