Главная > Hadisə > Bakıda üç həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda üç həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb


19-12-2023, 14:40. Разместил: azadses
Bakının Xətai rayonunda təxminən üç həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un məlumatına görə, Vidadi Rüstəmov idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə noyabrın 27-də piyada Səxavət Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən dekabrın 18-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Вернуться назад