Главная > Hadisə > Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var

Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var


19-12-2023, 12:05. Разместил: azadses
Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var.

"Report"un məlumatına görə, bu gün gecə saatlarında Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadə idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Вернуться назад