Главная > Hadisə > Naxçıvanda dumanlı hava qəzaya səbəb olub, ölən var

Naxçıvanda dumanlı hava qəzaya səbəb olub, ölən var


18-12-2023, 14:40. Разместил: azadses
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəhri qəsəbəsində olub.

Minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü - İmanov Xaliq Eldar oğlu vəfat edib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад