Главная > Hadisə > Bakıda 6 nömrəli marşrut xəttindəki avtobusda texniki nasazlıq yaranıb

Bakıda 6 nömrəli marşrut xəttindəki avtobusda texniki nasazlıq yaranıb


15-12-2023, 18:06. Разместил: azadses
Bu gün saat 09:30 radələrində Bakıda 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq yaranıb.

Bu barədə "Report"a "BakuBus" MMC-dən bildirilib.

Məlumata görə, dərhal avtobusda mövcud olan avtomatik qoruma sistemi işə düşüb, sərnişinlər avtobusdan düşürdülüb və avtobus qaraja yönləndirilib. Nəqliyyat vasitəsi ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.


Вернуться назад