Главная > Hadisə > Cəlilabadda avtomobil maneəyə çırpılıb, gənc sürücü ağır xəsarət alıb

Cəlilabadda avtomobil maneəyə çırpılıb, gənc sürücü ağır xəsarət alıb


14-12-2023, 11:11. Разместил: azadses
Cəlilabad rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 2003-cü il təvəllüdlü Ələkbərli Orxan Rauf oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğuna görə, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад