Главная > Hadisə > Təyyarə qəzası - 9 ölü

Təyyarə qəzası - 9 ölü


1-12-2019, 12:22. Разместил: azadses
Havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra yerə düşüb
ABŞ-ın Cənubi Dakota ştatında təyyarə qəzası nəticəsində iki azyaşlı da daxil olmaqla 9 nəfər həlak olub.
Azadsəs-in məlumatına görə, bu barədə NBC telekanalı bildirib.
Məlumata əsasən, təyyarənin göyərtəsində hadisə zamanı 12 nəfər olub. Bildirilir ki, yüngül mühərrikli "Pilatus PC-12" təyyarəsi havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra yerə düşüb.
Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.
Вернуться назад