Главная > Hadisə > Bakıda yolu keçən piyadanı avtomobil vurub

Bakıda yolu keçən piyadanı avtomobil vurub


6-12-2023, 15:21. Разместил: azadses
Bakının Xətai rayonu, Zığ Yolu küçəsi 32 ünvanında Dursunəli İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən piyada - 1952-ci il təvəllüdlü Lyüdmila Əliyevanı vurub.

"Report"un məlumatına görə, L.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Вернуться назад