Главная > Hadisə > Bakıda 14 yaşlı motosikletçi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakıda 14 yaşlı motosikletçi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb


6-12-2023, 10:23. Разместил: azadses
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Şüvəlan qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseynli Hüseyn Rafael oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan H.Hüseynli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад