Главная > Hadisə > Maşın beton arakəsməyə çırpılıb, xəsarət alan var

Maşın beton arakəsməyə çırpılıb, xəsarət alan var


18-11-2023, 15:21. Разместил: azadses
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesində qeydə alınıb.

Belə ki, paytaxt istiqamətində hərəkətdə olan “Honda” və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.

“Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə çırpıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад