Главная > Hadisə > Bakıda avtomobil 40 yaşlı kişini vurub
Bakıda avtomobil 40 yaşlı kişini vurub15-11-2023, 08:53. Разместил: azadses |
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Şağan qəsəbəsində yolu keçən 1983-cü il təvəllüdlü Ağayev Rauf Əli oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |