Главная > Hadisə > Sumqayıtda keçmiş məhkum silahla saxlanılıb

Sumqayıtda keçmiş məhkum silahla saxlanılıb


5-11-2023, 14:45. Разместил: azadses
Sumqayıt şəhərində keçmiş məhkumda silah aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan, Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Kələntərov Rahim Səxavət oğlunun üzərindən “Walter” markalı tapança və həmin tapançaya aid 1 ədəd boş sandıqca aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад