Главная > Hadisə > Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb


28-10-2023, 09:40. Разместил: azadses
Bakının Suraxanı rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Rzazadə Mələk Səlim qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад