Главная > Hadisə > Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var


5-10-2023, 10:25. Разместил: azadses
Hacıqabul rayonunda baş verən ağır yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Babayev Rüfət Əlisurət oğlu və 1997-ci il təvəllüdlü Kazımov Ramil Azər oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад