Главная > Hadisə > Sumqayıtda itkin düşən 73 yaşlı kişi tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən 73 yaşlı kişi tapılıb - YENİLƏNİB


29-09-2023, 11:18. Разместил: azadses
Sumqayıtda itkin düşən 73 yaşlı kişi tapılıb.

"Report"un yerli bürosu məlumat verir ki, ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan 73 yaşlı Sumqayıt şəhər sakini Eynulla Bağı oğlu Şirinov tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, E.Şirinov yaddaş zəifliyindən əziyyət çəkir.

00:40
Sumqayıt şəhər sakini, 73 yaşlı Eynulla Şirinov itkin düşüb.

"Report"un yerli bürosu məlumat verir ki, o, ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

E.Şirinovun yaxınlarının verdiyi məlumata görə, o, yaddaş zəifliyindən əziyyət çəkir.

Faktla bağlı polisə məlumat verilib.


Вернуться назад