Главная > Hadisə > Qubada bitişik olan bir neçə obyekt yanıb

Qubada bitişik olan bir neçə obyekt yanıb


24-09-2023, 17:53. Разместил: azadses
Qubada bitişik olan bir neçə obyekt yanıb.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Quba rayonunun Aşağı Atuc kəndində ümumi sahəsi 70 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan restoranın yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köşkün içərisində çəlləklərə yığılan 500 litr benzin yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад