Главная > Hadisə > Biləsuvarda çoban fermada intihar edib

Biləsuvarda çoban fermada intihar edib


6-09-2023, 15:21. Разместил: azadses
Biləsuvar rayonunda intihar olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Fermada çobanlıq edən Salyan rayon sakini, 1991-ci il təvəllüdlü Rövşən Əlifağa oğlu Salmanov özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад