Главная > Hadisə > Gəncədə ata və qızını avtomobil vurub, ölən var

Gəncədə ata və qızını avtomobil vurub, ölən var


25-08-2023, 16:47. Разместил: azadses
Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub.

Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад